1030 deputatlığa namizəd
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib. O, həmçinin qeyd edib ki, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib.
6343 daimi seçki məntəqəsi
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, 1000 məntəqədə quraşdırılmış vebkameraların 972-dən görüntülər var: “Digərlərində isə kabel xətləri təzələnir və daha keyfiyyətli formaya salınır”.
Azad edilmiş ərazilərdə də 34 daimi seçki məntəqəsi seçkiyə hazırdır, əlavə müvəqqəti məntəqələr də olacaq.
Şəffaflıq təmin olunub
“Parlament seçkiləri ilə əlaqədar şikayət və müraciətlərə baxılmasında şəffaflıq təmin olunub”. Bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, şikayət və müraciətlərə baxılması zamanı şəffaflığın təmin olunması üçün bütün məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilib.
228 beynəlxalq, 38 min 744 yerli müşahidəçi
Milli Məclisə seçkilərlə əlaqədar 43 ölkə və 24 qurumdan, ümumilikdə, 228 beynəlxalq müşahidəçi qeydə alınıb.
Bu rəqəm MSK-nın iclasında açıqlanıb. Məlumatda nəzərə çatdırılır ki, seçkilərlə əlaqədar 38 min 744 yerli müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilərdən 5621 nəfəri MSK-da, 33 min 123 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
Məntəqə seçki komissiyalarına xəbərdarlıq
“Məntəqə seçki komissiyaları təşkilatçıdır, onlar özlərini seçkinin sahibi hesab etməsinlər”. Bunu MSK sədri Məzahir Pənahov qurumun iclasında deyib. Onun sözlərinə görə, seçkilərdə seçki məntəqəsinin sahibi seçicilərdir: “Seçici səs vermək üçün məntəqəyə gəlir və ona görə də hər şey şəffaf təşkil edilməlidir”.
399 min 50 məcburi köçkün seçici var
Bu statistika Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında səslənib. Qeyd edilib ki, həmin seçicilər 574 məntəqədə səs verəcəklər. Həmçinin bildirilib ki, 10 məcburi köçkün rayonunun seçki dairələrindən 7-si tamamilə keçmiş məcburi köçkün seçicilərdən ibarətdir.
İ.BƏDİRXANLI
XQ