Akademik İsa Həbibbəyli Gürcüstan MEA-nın xarici üzvü seçilib

post-img

Bu barədə Gürcüstan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin genişləndirilmiş yığıncağında müvafiq qərar verilib. 

Tədbirdən öncə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli gürcü həmkarı – Gürcüstan MEA-nın preziden­ti, akademik Roin Metreveli ilə birlikdə Tbilisi şəhərində Azərbaycan xalqının Ümum­milli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

İclasda akademik Roin Metreveli akademik İsa Hə­bibbəylini görkəmli ədəbiy­yatşünas alim, bacarıqlı elm təşkilatçısı və siyasi xadim kimi dəyərləndirərək onun Azərbaycan–Gürcüstan elmi əlaqələrinin inkişafındakı xid­mətlərindən danışıb. Sonra akademik Roin Metreveli Gür­cüstan MEA-nın xarici üzvü diplomunu AMEA-nın prezi­denti akademik İsa Həbibbəy­liyə təqdim edib.

Yığıncaqda Gürcüstan MEA-nın vitse-prezidenti, akademik Ramaz Xuradze, akademik-katib, akademik Vladimir Papava, Dil, Ədəbiy­yat və İncəsənət Bölməsinin akademik-katibi, akademik Elizbar Cavelidze və başqaları çıxış ediblər. AMEA-nın pre­zidenti İsa Həbibbəylinin elmi yaradıcılığından danışılıb, iki dost və qardaş ölkə arasında yaradılmış möhkəm elmi-ədə­bi əlaqələrin inkişafında onun böyük xidmətləri xüsusi vur­ğulanıb.

Akademik İsa Həbibbəy­li çıxışında Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçildiyinə görə minnət­darlığını bildirib, iki ölkə ara­sında elmi əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün bundan sonra da əzmlə çalışacağını bildirib. O, Azərbaycan aliminin Gür­cüstan MEA-nın xarici üzvü seçilməsini qardaş Gürcüsta­nın Azərbaycan elminə verdiyi yüksək qiymət kimi dəyərlən­dirib. 

Sonra akademik İsa Hə­bibbəyli Gürcüstan Dövlət İn­cəsənət Muzeyini ziyarət edib, qurumun rəhbərliyi və bura­da çalışan alimlərlə görüşüb. Görüş zamanı qarşılıqlı elmi əlaqələrdən söhbət açılıb, fikir mübadiləsi aparılıb. AMEA rəhbəri Tbilisinin azərbaycan­lılar yaşayan məhəlləsini də gəzib. Sonra AMEA-nın pre­zidenti professor Givi Abdu­şelişvilinin müşayiətilə Tbilisi­də Müasirlik Muzeyi ilə tanış olub, həmçinin Kaxetiyanın Saqareco şəhərində “Bağ-Mu­zey”i ziyarət edərək burada professor Lali Qoqeliani və bir qrup alimlə görüşüb. Görüşdə iki ölkə alimlərinin qarşılıqlı elmi əlaqələrinin genişləndiril­məsinin vacibliyi vurğulanıb.

Akademik İsa Həbibbəyli Gürcüstanın fəxri xiyabanı he­sab edilən Panteon Muzeyini də ziyarət edib.

XQ

Son xəbərlər