Ermənistan kvadrokopteri mövqelərimiz üzərində kəşfiyyat uçuşlarına cəhd göstərib

post-img

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlu­mat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olu­nan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələr­lə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

XQ

Son xəbərlər