Kursantlara praktiki məşğələlər keçirilir

post-img

Heydər Əliyev adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq, Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir. 

Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə kursantlara gəmi­də davranış və təhlükəsizlik qaydaları barədə məlumat verilib, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti izah edilib.

Məşğələlər zamanı baş komanda məntəqəsində idarəet­mənin təşkili, döyüş gəmilərinin “səfərə” və “döyüşə” hazır və­ziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, sema­for bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə tapşırıqlar yerinə yetirilib.

Sonra Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təh­lükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istis­marı qaydaları izah olunub.

Məşğələlərin əsas məqsədi kursantların tədris müddətində yiyələndikləri nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.

XQ

Son xəbərlər