Təxribatlar dayandırılmasa, cavab tədbirləri görüləcək

post-img

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Müda­fiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə mə­lumatlar verib.

Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birin­ci hal deyil və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənis­tanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz et­məsi və Avropa İttifaqı tərəfindən “Avro­pa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Er­mənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növ­bəti müharibəyə hazırlaşdırılmasına də­lalət edir.

Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müha­ribə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təq­dirdə, Azərbaycan Respublikası Silah­lı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü mü­dafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək.

Bildiririk ki, regionda vəziyyətin gər­ginləşməsinə görə bütün məsuliyyət Er­mənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək”.

XQ

Son xəbərlər