Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

post-img

İyulun 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

Mərkəzi Seçki Komissiyası Katibli­yinin Media və kommunikasiya şöbə­sindən bildiriblər ki, əvvəlcə Komissi­yanın iyulun 19-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublika­sının Milli Məclisinə növbədənkənar seçkilərdə “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təqdim olunan şəxslərin səlahiyyətli nümayən­dələr kimi qeydə alınmasına qərar ve­rilib.

Daha sonra iclasda qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Ko­missiyasına daxil olmuş müraciətə baxılıb. Seçki qanunvericiliyi ilə müəy­yən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciət maraqlı sub­yektin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərar qəbul olunub.

Xarici qurum və media subyektləri nümayəndələrinin iştirak etdikləri ic­lasda Milli Məclisə seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik göstəricilər də diqqətə çatdırı­lıb, həmçinin Komissiya tərəfindən ar­dıcıl və sistemli şəkildə reallaşdırılan irimiqyaslı maarifləndirmə proqramı barədə ətraflı məlumat verilib.

XQ

Son xəbərlər