Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, iyulun 17-də yerli vaxtla saat 06:09 dəqiqədə Zaqatala seysmik stansiyasından 61 kilometr cənub-qərbdə, Gürcüstan ərazisində 5 kilometr dərinlikdə 4.8 maqnitudalı zəlzələ qeydə alınıb.
FHN-in mətbuat xidmətindən bildirilib ki, zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-nə məlumat daxil olmayıb.
XQ