Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə respublika rəhbərliyinə seçilməsinin 55 illiyi münasibətilə və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları Xankəndidə yerləşən hərbi hissələrdən birində birgə tədbir keçiriblər.
Tədbirdə general-mayor Bilal Çompuzov, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri baş ədliyyə müşaviri Firad Əliyev və başqaları çıxış edərək Ulu öndərin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətləri barədə danışıblar.
Tədbirdə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələbləri, hüquq və vəzifələr, həmçinin ekoloji qanun pozuntuları, ekoloji cinayətlər və məsuliyyət barədə müzakirələr aparılıb.
Sonda ağaclar əkilib.