İslamafobiya ilə mübarizə təhsil sferasına çıxarılır

post-img

Malayziyanın Kuala Lampur şəhərindəki Beynəlxalq İslam Düşüncəsi və Sivi­lizasiyası İnstitutunda “İslamofobiya və təhsil” mövzusunda 2 günlük beynəlxalq dəyirmi masa keçirilir. 

Müzakirələrdə ölkəmizi təmsil edən Bakı Beynəlxalq Multikulturalizm Mərkə­zinin icraçı direktoru Rəvan Həsənov dünən ümumi iclasda məruzə ilə çıxış edib. “Birgə tərəfdaşlıqların araşdırılma­sı” mövzusunda bugünkü bölmə iclasının moderatorluğunu isə soydaşımız aparır. Səfər çərçivəsində Malayziyanın baş naziri Ənvər İbrahimlə görüşən Rəvan Həsənov Bakı Beynəlxalq Multikultura­lizm Mərkəzinin təcrübəsinin islamofobi­ya ilə mübarizədə önəmini vurğulayıb.

Azərbaycan, Malayziya, Pakistan, Türkiyə, Böyük Britaniya, ABŞ və İndo­neziyadan olan alim və mütəxəssilərin iştirak etdiyi dəyirmi masa görüşünün məqsədi islamofobiya və təhsillə bağlı işçi qrupunun yaradılmasıdır. Qrup isla­mofobiyanın universitet nizamına uyğun olaraq təhsil sahəsinə çevrilə biləcəyini araşdıracaq. İdeya islamafobiya təhsilini sistemli və strukturlaşdırılmış şəkildə in­kişaf etdirmək və bu kursu dünya univer­sitetlərinə təqdim etməkdən ibarətdir. 

XQ

Son xəbərlər