Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Böyük Azərbay­can Partiyası Siyasi Şurasının 2024-cü il 6 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün mü­vafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olun­muşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasla­rın olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələ­rinə əsasən qərara alır: 

1. 2024-cü il sentyabrın 1-nə təyin edil­miş Azərbaycan Respublikasının Milli Məc­lisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Böyük Azərbaycan Partiyasının səla­hiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Vüqar Cavad oğlu Qasımov

İlham Müseyib oğlu Bəkirli

Fikrət İlyas oğlu Cəfərov

Ramiz Şərif oğlu Mahmudov

Elçin Dursun oğlu Nəbiyev

Ələkbər Ağabəy oğlu Həziyev

Tofiq Haqverdi oğlu İmanov

Aydın Əlirza oğlu Mirzəyev

Anar Həsən oğlu Musayev

İlqar Abdurahman oğlu İbrahimov

Səfa Sevdagər oğlu Əzimov

Pərvin Çingiz oğlu Həsənov

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

Azad Məmməd oğlu Məmmədov

Valeh Bəylər oğlu Sadıqov

Ziya Əjdər oğlu Ələkbərov

Hikmət Məmmədəli oğlu Əliyev.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər