“20 Minutos” İspaniya nəşri Azərbaycanın mina savaşını şərh edib

post-img

İspaniyada yayımlanan “20 Minutos” nəşrində Azərbaycanın üzləşdiyi mina problemi, o cümlədən mina hadisələrinin qurbanları, minatəmizləmə fəaliyyəti və minaaxtaran qadınlardan bəhs edən məqalə dərc olunub.

Bu ilin mayında ölkəmizdə səfərdə olmuş və azad edilən ərazilərdə həya­ta keçirilən minatəmizləmə fəaliyyətini yaxından müşahidə etmiş jurnalist-fo­toqraf Qervasio Sançez Fernandez tərəfindən qələmə alınan məqalədə təxminən 35 il davam etmiş münaqişə nəticəsində işğal altında olmuş ərazi­lərdə bütün şəhər və kəndlərin xara­balığa çevrildiyi bildirilib.

Yazıda xüsusi vurğulanıb ki, Qara­bağ dünyanın piyada və tank əleyhinə mina və partlamamış hərbi sursatla (PHS) ən çox çirklənmiş ərazilərindən biridir. Hesablamalara görə, bu ərazi­lərdə ən azı 1,5 milyon mina basdırılıb və onlar hər an partlaya bilər. Müəllif 1991-ci ildən 2024-cü il mayın 2-dək mina qurbanlarının sayının 3500-ə yaxın olduğunu bildirib. Qeyd edib ki, mina qurbanlarından 358 nəfəri uşaq, 38-i isə qadındır. Son üç il yarım ər­zində mina qurbanlarının sayı 359 nəfər təşkil edir ki, onların yarısı mül­ki şəxslərdir. Mina qurbanlarından 67-si həlak olub. Qalanları ağır xəsarət alıb, bir çoxlarının bədən üzvlərinin bir hissəsi amputasiya edilib. Bu faciəvi hadisələrin böyük əksəriyyəti minatə­mizləmə əməliyyatları, kənd təsərrüfatı işləri və infrastrukturun bərpası prosesi zamanı baş verib.

XQ



Son xəbərlər