Bakıda Monteneqronun müstəqillik günü qeyd edilib

post-img

“Azərbaycan və Monteneqro arasında dostluq və faydalı əməkdaşlığa əsaslanan əlaqələr daha da dərinləşəcək”.

Bu fikirləri Xarici İşlər Nazirliyinin İq­tisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Monteneqronun müstəqilli­yinin 18-ci ildönümü münasibətilə Bakı­da təşkil olunan rəsmi tədbirdə səslən­dirib.

Monteneqro dövlətini və xalqını Azərbaycan hökuməti adından təbrik edən XİN-in şöbə rəisi ölkələrimiz ara­sındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, dövlət və parlament səviyyələrində olduğu kimi, digər sahələrdə də münasibətlə­rimiz inkişaf etdirilir.

E.Məmmədov qeyd edib ki, Azər­baycan və Monteneqro arasında siyasi dialoq son bir neçə ildə intensivləşib. Milli Məclis sədrinin cari ilin aprel ayın­da Monteneqro parlamentinin sədri ilə görüşü, aparılan müzakirələr, həmçinin həmin ayda hər iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələ­rin ikinci raundunun təşkili əlaqələrimi­zin intensivliyini sübut edir.

Ölkələrimiz arasında, həmçinin iqtisadi, turizm, mədəniyyət sahəsin­də əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirən E.Məmmədov vurğulayıb: “Əlaqələrimizin daha da dərinləşməsi üçün geniş imkanlar var. Bu istiqamətdə hökumətlərarası ko­missiyanın rolu böyükdür. Əminik ki, dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrimiz daha da genişlənəcək”.

XQ

Son xəbərlər