Bu sözləri açıqlamasında Vaşinqtonda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin də dediyi kimi, Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. TBMM sədri əlavə edib ki, iki ölkə arasında dostluq və qardaşlıqdan da çox-çox irəlidə gözəl əlaqələr mövcuddur: “Bu əlaqələrin təcrübədə də nəticələr verdiyini görürük. Azərbaycan və Türkiyə əl-ələ verərək, sadəcə, iki dövlətin deyil, 300 milyonluq Türk dünyasının da yenidən güclü şəkildə ayağa qalxması üçün öndəgedən olacaqlar”.
XQ