Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Abış oğlu Əliyevi iyulun 9-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.
A.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.
***
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Əziz İmran oğlu Əzizovu da həmin gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.
Ə.Əzizov da ona göstərilən etimada görə minnətdarlıq edib.
Hər iki təqdimatda Zeynal Nağdəliyev çıxış edərək yeni təyinatlarla bağlı dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
XQ