Azərbaycan – İran münasibətləri inkişaf etdiriləcək

post-img

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Dövlətimizin başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi mü­nasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Məsud Pezeşkian göstərilən diqqətə və təb­rikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə min­nətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsir­gəməyəcəyini deyib.

Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İ­ran əlaqələrinin bundan sonra da genişlənəcə­yinə və müxtəlif sahələri əhatə edən əməkdaş­lığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələrimiz arasında indiyə­dək əldə edilmiş razılaşmaların həyata keçirilmə­sinin əhəmiyyətini vurğulayıblar. 

Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezi­denti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.

Dəvəti məmnunluqla qəbul edən İran Prezi­denti dövlətimizin başçısına minnətdarlığını bil­dirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.

Prezidentin Mətbuat Xidməti

Son xəbərlər