Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

post-img

Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri iyunun 30-da Bakı limanını tərk edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib.

Eyni zamanda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında futbol və voleybol üzrə yoldaşlıq görüşləri keçirilib. Hərbi dənizçilərimizin qələbəsi ilə başa çatan hər iki görüşün sonunda komandalara kubok və medallar təqdim edilib.















Son xəbərlər