Bayden seçkidən çəkilmək çağırışlarına cavab verib

post-img

ABŞ prezidenti Co Bayden “New York Times” qəzetinin seçkidən namizədliyini geri götürmək çağırışını şərh edərkən, bunu etməyəcəyini bildirib və Nyu Yorkdakı tərəfdarlarına qalib gələcəyinə söz verib. Siyasətçinin sözlərini Ağ Evin mətbuat xidməti yayıb.

Baydenin sözlərinə görə, seçki rəqabəti çətin olmayacaq. Amerika administrasiyasının hazırkı rəhbəri qeyd edib ki, onu “Uca Tanrı” ilə deyil, alternativlə müqayisə etmək lazımdır. Onun sözlərinə görə, ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkə üçün əsl təhlükədir.

İyunun 30-da Cənubi Karolinanın sabiq qubernatoru və BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, ABŞ Demokratik Partiyası prezident seçkilərinə Co Baydendən daha gənc namizəd irəli sürmək niyyətindədir.

“Time” jurnalı Demokrat Partiyasının qarşıdan gələn seçkilərdə Baydeni əvəz edəcək heç kimin olmadığını yazıb.

Onlar 2024-cü ilin noyabrında baş tutacaq. ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçılar Partiyasından, indiki prezident Co Bayden isə Demokratlar Partiyasından namizədliyini irəli sürüb.

S.ELAY

XQ

Dünya