Çin Xalq Respublikasının sədri Si Cinpin prezident Kasım-Jomart Tokayevin dəvəti ilə iyulun 2-4-də Qazaxıstana dövlət səfəri edəcək. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidmətindən bildirilib.
İyulun 4-6-da Si Cinpin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə dövlət səfərində olacaq. Bu barədə TASS-a Tacikistan Xarici İşlər Nazirliyi məlumat verib.
“Çin sədri Si Cinpinin dövlət səfəri Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə iyulun 4-6-da baş tutacaq”, - həmsöhbət bildirib. O, həmçinin əlavə edib ki, Çin lideri digər rəsmi tədbirlərdə də iştirak edəcək.
S.ELAY
XQ