Parlament xəbərləri

post-img

Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiqləndi. 

Şəhid ailələrinə nəzərdə tutulan yeni güzəştlərə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair daha ətraflı məlumat almaq üçün parlamentin Əmək və sosial siyasət komitəsinin səd­ri Musa Quliyevə müraciət etdik. Komitə sədri dedi: 

– Şəhid ailələrinin, müharibə vete­ranları və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırıl­ması daim ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət si­yasətinin prioritet istiqamətlərindən bi­ridir. Hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələri­nin mənzil problemi də dövlətin xüsu­si nəzarətindədir. Bu baxımdan “Şə­hid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə la­yihə növbəti müsbət addım kimi dəyər­ləndirilməlidir. Qanuna təklif olunan dəyişiklik şəhid ailəsi üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma üzrə normativ tənzim­ləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

M.Quliyevin sözlərinə görə, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün mü­vafiq icra hakimiyyəti orqanının müəy­yən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanıla­caq.

Komitə sədri sənədin şəhid ailələ­rinin mənzil-məişət şəraitinin yaxşılaş­dırılması, mənzilə ehtiyacı olan şəhid ailələrinin dairəsinin genişləndirilməsi və əlçatanlığın təmin edilməsi baxımın­dan xüsusi əhəmiyyət kəsb etdiyini bil­dirdi.

* * *

Milli Məclisin sonuncu iclasında “Bədən tərbiyəsi və idman haqqın­da” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq edilib. Qanunun 59-cu maddəsinə təklif olu­nan dəyişiklik paralimpiya sahəsin­də yüksək nəticə göstərmiş idman­çıların və idman işçilərinin əməyinin qiymətləndirilməsini və paralimpiya təqaüdlərinin təsis olunmasını nəzər­də tutur. 

Dəyişikliyə əsasən, Azərbaycan Res­publikasının vətəndaşlarına qanunverici­liklə müəyyən edilmiş qaydada xüsusi Olimpiya təqaüdləri ilə yanaşı, paralim­piya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar veriləcək. 

Ə.BƏDƏLOV
XQ



Son xəbərlər