İyunun 24-də Silahlı Qüvvələr Günü münasibətilə Hərbi Prokurorluqda ictimaiyyət nümayəndələrinin iştirakı ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuları, o cümlədən, qazilər və 17 nəfər Vətən müharibəsi qəhrəmanı ilə görüş keçirilib.
Baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev iştirakçıları, bütün qaziləri və şəhid ailələrini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Elşad Mirbəşir, Səbinə Xasayeva və Əməkdar incəsənət xadimi, ehtiyatda olan polkovnik Abdulla Qurbani, eləcə də çıxış edən digər şəxslər Vətən müharibəsindən, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə və antiterror əməliyyatlarında Hərbi Prokurorluğun özünəməxsus rolundan, onun silahlı qüv-
vələrlə, o cümlədən, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və aidiyyəti təşkilatlarla birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs ediblər.