Qırğızıstan səfiri XİN-də

post-img

İyunun 24-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Maksat Mamıtkanovu qəbul edib.

Səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Səfiri təyinatı münasibətilə təbrik edən nazir ona fəaliyyəti müddətində uğurlar arzulayıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, nəqliyyat, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

Nazir ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq bu əlaqələrin inkişaf perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğu bildirilib. 

Görüş zamanı COP29 çərçivəsində geniş əməkdaşlıq imkanlarının olduğu qeyd edilib.

XQ

 

Son xəbərlər