Belarusla əlaqələr dinamikləşir

post-img

İyunun 6-da Minskdə Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib. 

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əh­mədov və Belarus Respub­likası Baş nazirinin müavini İqor Petrişenkonun sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nü­mayəndələri də iştirak ediblər. 

İclasda tərəflər ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələləri mü­zakirə ediblər. Azərbaycanın azad edilmiş ərazilərində iq­tisadi-ticari, investisiya, səna­ye və aqrar sahələrdə, eləcə də təhsil və birgə fəaliyyət istiqamətlərində dövlət başçı­larının razılaşma və tapşırıq­larının icrasına xüsusi diqqət yetirilib. 

İclasın yekunlarına əsasən, Əli Əhmədov və İqor Petrişenko Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hö­kumətlərarası Komissiyanın 14-cü iclasının protokolu­nu, habelə iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə 2024–2025-ci illər üçün ye­nilənmiş yol xəritəsini imza­layıblar.

XQ

Son xəbərlər