İctimai TV-nin təşəbbüsü ilə uşaqlara həsr olunan unudulmaz bayram günü

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə xüsusi bayram tədbiri keçirilib.

XQ xəbər verir ki, “Dəniz Mall”da yerləşən “Kinderland”də təşkil olunan tədbirdə Şirkət əməkdaşlarının 4-14 yaşlı övladları iştirak ediblər. Uşaqlar burada müxtəlif oyun və əyləncə zonalarında vaxt keçirib, maraqlı fəaliyyətlərə qoşulub, bayram süfrəsi ətrafında bir araya gəliblər. Təqdim olunan 60-dan çox real həyat fəaliyyəti balacalara oyun vasitəsilə yeni bacarıqlar qazanmaq, müxtəlif peşələri tanımaq və gündəlik həyat təcrübələrini yaşamaq imkanı yaradıb.

Valideynlərin də iştirak etdiyi tədbir uşaqların sevincini ailə xoşbəxtliyi ilə birləşdirərək əsl bayram ab-havası yaradıb. Uşaqlar cəmiyyətimizin gələcəyi, sabahımızın təminatıdır. Onların xoşbəxtliyi, inkişafı və rifahı naminə atılan hər addım gələcəyə qoyulan ən dəyərli sərmayədir.

























Sosial həyat