Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyunun 12-də saat 15:00-da Sumqayıtda şəhərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.
Bu barədə XQ-yə DSMF-dən məlumat verilib.
“İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, DSMF-nin Sumqayıt şəhərində yerləşən Abşeron-Xızı Regional Filialına yaxınlaşıb, eləcə də fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərsiniz”, - deyə məlumatda vurğulanıb.

