Prezident İlham Əliyevin xarici siyasətinin uğurları

post-img

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Prezident İlham Əliyev: Xarici siyasət uğurları – 2003-2023” mövzusunda yazılmış broşürün təqdimatı keçirilib. 

Mərasimdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev yeni nəşrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il ərzində aparılan xarici siyasət, səfər­lər, görüşlər və reallaşdırılan beynəlxalq layihələrin, bir sıra məsələlərin sistemli formada əksini tapdığını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham uğurla davam etdirir.

BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli “Tarixi zəfərə gedən yol - Azər­baycan xarici siyasətinin ən böyük uğuru” mövzusunda çıxış edib. Mərkəzin şöbə müdiri Vasif Hüseynov “Azərbaycanın çoxvektorlu xarici siyasəti və beynəlxalq münasibətlər sisteminə uğurlu inteqra­siyası” mövzusunda təqdimatında qeyd edib ki, ölkəmiz uğurlu balanslı, çoxvek­torlu xarici siyasət yürüdür. Xarici siyasə­timizdə neytrallıq və qoşulmama prinsip­ləri təməl prinsiplər kimi nəzərdə tutulub. 

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev “Azərbaycanın uğurlu enerji strategiyası və yaşıl iqtisadiyyata keçid” mövzusunda çıxışında bildirib ki, 2024-cü ildə Prezident İlham Əliyev tərəfindən hə­yata keçirilən uğurlu siyasət və imzalanan enerji müqavilələri enerji siyasətində yeni mərhələdən xəbər verir. 

Təqdimatda vurğulanıb ki, broşür 2003-2023-cü illər ərzində Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteq­rasiyası, regional və qlobal təşəbbüslər və donor ictimaiyyətinin üzvü kimi rolu, enerji strategiyası, nəqliyyat layihələri, İkinci Qarabağ müharibəsi və Azərbay­canın sülh təşəbbüsləri istiqamətləri üzrə sistemli məlumatları özündə birləşdirir.

XQ



Son xəbərlər