Baş nazir Ulyanovsk qubernatorunu qəbul edib

post-img

Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb. 

Tərəflər Azərbaycan–Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsini vurğulayıblar, həmçinin Azər­baycan ilə Ulyanovsk vilayəti arasında səmərəli əməkdaşlıq­dan məmnunluq ifadə ediblər. 

Görüş əsnasında hər iki tərəf üçün maraq kəsb edən bütün is­tiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektiv­ləri müzakirə edilib. 

XQ

Son xəbərlər