Əli Əsədovun Türkiyə naziri ilə görüşü

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 30-da Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüş­də Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla in­kişaf etdiyi məmnunluqla qeyd olunub. İki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Bakıda keçirilmiş 11-ci iclasının əhəmiyyəti vur­ğulanıb.

Söhbət zamanı Azərbayca­nın əmək və məşğulluq sahə­sində dövlət siyasəti, ölkəmizdə aparılan ardıcıl sosial islahat­lar barədə məlumat verilib. Postmüharibə dövründə şəhid ailələri və qazilərə sosial dəstək tədbirləri, o cümlədən onların mənzil-məişət şəraitinin yaxşı­laşdırılması və tibbi-sosial rea­bilitasiyası sahəsində aparılan işlər müzakirə olunub. Qazilərin müalicəsinə göstərilən dəstəyə görə Türkiyə tərəfinə təşəkkür ifadə edilib.

Görüşdə Azərbaycan ilə Tür­kiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspek­tivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər