Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb

post-img

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mayın 28-də mina partlayışı olub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən XQ-ə bildirilib ki, agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər