Köməksiz vəziyyətdə qalanlar xilas edilib

post-img

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərində liftdə köməksiz vəziyyətdə qalma barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub və nəticədə 2 nəfərə köməklik göstərilib.

Bakı şəhərinin Nəsimi rayonunda isə 4 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər