9,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

post-img

Mayın 18-də və 19-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altında olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər nəticəsində həmin şəxs – 1984-cü il təvəllüdlü paytaxt sakini Fərid Bayramov saxlanılaraq polis bölməsinə gətirilib. Ondan güclü təsir edən maddələr olan 64 ədəd “lirika”, 50 ədəd “ekstazi” həbləri, külli miqdarda kokain və 14 büküm bitki mənşəli sintetik narkotik vasitə olan “banzay” aşkar olunub. 
F.Bayramov narkotikləri şəxsi istifadəsi ilə yanaşı, satmaq niyyəti ilə əldə etdiyini bildirib.


Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material Səbail Rayon Polis İdarəsinə göndərilib. F.Bayramovun narkotikləri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər