“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

post-img

“YAŞAT” Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirir. Müharibə əlili Sahib Əhmədov Qəhrəman oğluna təyin olunan “Bud çanaq oynağının total dəyişdirilməsi” əməliyyatı icra olunub.

Fonddan bildirilib ki, əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan xərcini “YAŞAT” Fondu tərəfindən ödəyib.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar.

Sosial həyat