Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rəhbəri xanım Lətifə Axarbaşın dəvəti ilə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri başlayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun daxil olduğu nümayəndə heyəti L.Axarbaşla görüşüb.
Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın cari durumu və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin media sahəsində tənzimləmə məsələləri, qanunvericilik, birgə layihələr və s. kimi məsələlərə də toxunulub.