Karvan Şuşaya qayıdır

post-img

Mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb. Bu mərhələdə şəhərə köçürülən 136 nəfərdən ibarət 38 ailəyə mənzillərin açarları təqdim edilib. 

Mərasimdə Şuşa şəhərində Azərbay­can Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov və Qaçqın­ların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. 

Şuşaya daimi yaşayış üçün köçü­rülən ailələrə yeni tikilmiş binalarda mən­zil verilir. İndiyədək şəhərdə 58 ailə (224 nəfər) mənzillə təmin edilib. Köçürülmə prosesi davam edəcək.

Son xəbərlər