Baş prokurorun Göyçayda vətəndaş qəbulu

post-img

Mayın 14-də Baş prokuror Kamran Əliyev Göyçay Rayon Prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, İsmayıllı, Qəbələ rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 67 nəfər vətən­daşın müraciətində konkret cinayət iş­lərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması za­manı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mül­ki xarakterli mübahisələr və sosial prob­lemlərə dair qeyd olunan məsələlərin bi­lavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əmək­daşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətən­daşların müraciətlərinə obyektiv baxılma­sı və qəbul işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşı­dığını diqqətə çatdırıb.

XQ

Son xəbərlər