Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 255 Bakı şəhəri, 11 may 2024-cü il

“Mühasibat uçotu haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbay­can Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qa­nununun icrası ilə əlaqədar Azərbay­can Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qa­nununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 69 (Cild I) ilə təsdiq edilmiş “Nə­zarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında he­sabatın dərc olunması Qaydası”nın 5-ci hissəsində “Qanununun 12-1-ci mad­dəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 72 (Cild I); Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 150 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hüquqi nəticə yaradan hərəkət­ləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqan­larının strukturuna daxil olmayan tabe­liyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) hə­min publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nın 6.1-ci bəndində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanu­nu ilə publik hüquqi şəxslər üçün müəy­yən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 495 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1598 (Cild I) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təq­dim edilməsi Qaydası”nın 2.4-cü bən­dində “Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2021-ci il 13 oktyabr tarixli 309 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1178 (Cild I); 2024, № 2, maddə 235) ilə təsdiq edilmiş “İc­bari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndiril­məsi və maddi-texniki bazasının yaxşı­laşdırılması məqsədilə həmin Agentliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 6.1-ci bəndində “Qanunu­nun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları