№ 254 Bakı şəhəri, 13 may 2024-cü il
“Azərbaycan Respublikası vətəndaşlarının müdətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin və “2016-cı il iyulun 1-dən 30-dək müdətli həqiqi hərbi xidmətə çağırılan çağırışıçıların say bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nrəli.Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1206 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin “Komissiyanın üzvləri:” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Beşinci abzasa “təhsil” sözündən əvvəl “elm və” sözləri əlavə edilsin.
2. Yeddinci-doqquzuncu abzaslar on birinci-on üçüncü abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci-onuncu abzaslar əlavə edilsin:
“Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri