Əli Əsədovun Belarus Baş nazirinin müavini ilə görüşü

post-img

Mayın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Görüşdə Belarus Prezidenti Alek­sandr Lukoşenkonun Azərbaycana döv­lət səfərinin əhəmiyyəti qeyd olunub, səfərin iki ölkə arasında dostluq müna­sibətlərinin möhkəmləndirilməsinə yeni təkan verəcəyinə əminlik ifadə olunub.

Bundan əlavə, ticarət-iqtisadi əmək­daşlıq üzrə Azərbaycan-Belarus Hö­kumətlərarası Komissiyasının cari ilin iyun ayında Minskdə keçiriləcək 14-cü iclasının vacibliyi vurğulanıb. 

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı ma­raq doğuran istiqamətlər üzrə gələcək qarşılıqlı əlaqələrin perspektivləri müza­kirə olunub.

XQ

Son xəbərlər