Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti Afrika mətbuatında

post-img

Afrika QHT-lərini birləşdirən platformanın fəal üzvü, nigeriyalı jurnalist Dare Akogun Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti ilə bağlı məqalə dərc edib.Məqalə KİV ilə yanaşı, Afrika QHT platformasının sosial şəbəkə qruplarında da yayılıb.

Məqalədə qeyd olunur ki, Bakı Təşəbbüs Qrupu və müstəmləkəçiliyə qarşı mü­barizə aparan siyasi hərə­katlar Fransa hökumətinin koloniyalarında assimilyasi­ya siyasətini, müstəmləkə­çilik və onun müasir təza­hürlərinə qarşı mübarizə məqsədilə güclərini səfər­bər ediblər.

Konfrans yerli mədəniy­yətin qorunması və maarif­ləndirilməsi üzrə gələcək layihələr üçün mühüm baş­lanğıc nöqtəsi kimi qiymət­ləndirilir. O, Bakı Təşəbbüs Qrupu və Fransız Polinezi­yasının Tavini Huiraatira siyasi partiyası arasında imzalanmış memorandumun əhəmiyyətinə də toxunaraq, gələcək əməkdaşlıq üçün perspektivlərin ümidve­rici olduğunu bildirir.

Məqalənin sonunda Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abba­sova istinad edilərək, təşkilatın müstəm­ləkəçiliyin təsirinə məruz qalan xalqların səsini gücləndirmək öhdəliyi xüsusi qa­bardılır: “BTQ-nin bu öhdəliyi Fransanın xaricdəki müstəmləkələrinə azadlıq uğ­runda mübarizədə davamlı dəstəyini və neokolonial təcrübələrə qarşı qəti mövqe­yini əks etdirir.

XQ

Son xəbərlər