Ceyhun Bayramovun qazaxıstanlı həmkarı ilə görüşü

post-img

Xarici işlər naziri Ceyhun Bayramov mayın 10-da Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Qazaxıstan arasında mövcud strate­ji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, postmünaqişə döv­ründə bölgədə mövcud vəziyyət, ha­belə sülh prosesinin hazırkı durumu müzakirə olunub.

Azərbaycanın xüsusilə son dövrlər­də Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla genişlənən yüksək səviy­yəli münasibətlərdən məmnunluq ifadə olunub. 

İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kom­munikasiyalar və digər istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, re­gional və beynəlxalq platformalar, xü­susilə Türk Dövlətləri Təşkilatı çərçivə­sində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.

Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çər­çivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir COP29-un öz növbəsində əməkdaşlıq üçün yeni plat­forma olduğunu qeyd edib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlar­dan bəhs edən nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi is­tiqamətində göstərdiyi dəstəyə və fəal­lığa görə Qazaxıstan tərəfinə təşək­kür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda indiki danışıqların da öz növ­bəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.

XQ

Son xəbərlər