Belçikalı professor AMEA-da

post-img

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Di­aloq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Belçikanın Vrije Univer­sitetinin professoru Filip Hamblla gö­rüşüb.

Qonaqla görüşdən məmnunluğunu dilə gətirən akademik İsa Həbibbəyli Fi­lip Hamblın Mədəniyyətlərarası Dialoq Forumunun əsas məruzəçilərindən biri olduğunu söyləyib. Qeyd edib ki, alimin orta əsr Azərbaycan ədəbiyyatına, xü­susilə İmadəddin Nəsimiyə dair mühüm tədqiqatları var və bu araşdırmalar Filip Hambl tərəfindən kitab halında çap olu­nub.

“Filip Hamblın Nəsimiyə dair tədqiqat­ları onun Azərbaycan ədəbiyyatına dərin­dən bələd olduğunu göstərir. Minnətdarıq ki, kitabınızda Nəsimidən Azərbaycan şairi kimi bəhs edirsiniz. Sizin bu addımı­nız Nizaminin, Nəsiminin və başqa şairlə­rimizin azərbaycanlı olduğunu Avropaya tanıtmaq baxımından olduqca önəmlidir”, – deyə akademik İsa Həbibbəyli bildirib.

Filip Hambl da öz növbəsində AMEA-da olmaqdan məmnunluğunu dilə gəti­rib, qonaqpərvərliyə görə təşəkkür edib, apardığı tədqiqatlar barədə məlumat ve­rib.

Çıxışlardan sonra qarşılıqlı hədiy­yələr təqdim olunub.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər