Milli Məclisin plenar iclası

post-img

Aprelin 23-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclasının gündəliyi qəbul edildikdən sonra deputatlar cari məsələlərlə bağlı fikrilərini bildirdilər.

Çıxış edənlər Qazaxın işğal altında olan 4 qeyri-anklav kəndinin Azərbayca­na qaytarılması ilə əlaqədar aprelin 19-da keçirilmiş Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında döv­lət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının səkkizinci görüşündə əldə edilmiş razılığı yüksək qiymətləndir­dilər. Sonra deputatlar Prezident İlham Əliyevin aprelin 22-də Rusiya Federasi­yasına səfəri çərçivəsində Baykal–Amur Magistralının inşasına başlanmasının 50 illiyi münasibətilə keçirilən görüşə müna­sibət bildirərək qeyd etdilər ki, dünyanın ən böyük dəmir yolu xələrindən biri olan bu nəhəng layihənin gerçəkləşməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərnin qədirbilənliklə yad edilməsinu xalqımız öyünc və məmnunluqla qarşıladı.

Spiker gündəliyə 18 məsələnin daxil edildiyini bildirdi. Beynəlxalq sazişlərin təsdiqi ilə bağlı ilk 3 qanun layihəsi, “So­sial sığorta haqqında” Azərbaycan Res­publikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində də­yişiklik edilməsi haqqında qanun layihə­si müzakirə olunaraq üçüncü oxunuşda qəbul edildi. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi müzakirədən sonra ikinci oxunuşda qə­bul edildi.

Spiker növbəti 3 qanun layihəsinə Aqrar siyasət və İqtisadi siyasət, səna­ye və sahibkarlıq komitələrində baxıldı­ğını qeyd etdi. Müzakirələrin sonunda qanun layihələri birinci oxunuşda qəbul olundu. Sonra “Dövlət qulluğu haqqın­da” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edil­miş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edildi.

Gündəlikdəki digər məsələlər də mü­zakirə edildikdən sonra müvafiq qərarlar qəbul edildi. 

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər