Cinayətlərin 85 faizi açılıb

post-img

Aprelin 19-da Daxili İşlər Nazirli­yində informasiya texnologiyala­rından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən ve­rilən məlumata görə, iclasda nazir ge­neral-polkovnik Vilayət Eyvazov çıxış edərək bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqan­ları ilə qarşılıqlı əlaqədə 2024-cü ilin bi­rinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib. 

DİN və prokurorluq üzrə qeydə alın­mış 8 min 930 cinayətin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiy­yət əleyhinə olanlar, o cümlədən oğur­luqlar, soyğunçuluqlar, quldurluqlar, in­formasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup ha­lında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər 2023-cü ilin 3 ayı ilə müqayisədə azalıb.

Qeyri-aşkar şəraitdə baş verən ci­nayətlərin, şəxsiyyət əleyhinə olanla­rın, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqla­rın, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxa­rılıb və bu cinayətlərə görə 1572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəza­larda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb. 

Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunan nazir bu istiqamətlərdə nəticələrin müsbət olduğunu, cinayət yolu ilə şəxslərə vu­rulmuş 77 milyon 668 min 996 manat maddi ziyanın 80 faizinin istintaq prose­sində ödənildiyini diqqətə çatdırıb.

Daha sonra gündəlikdəki məsələlər­lə bağlı məruzələr dinlənilib.

Müzakirə olunan məsələlər ətra­fında Baş idarə, idarə və ərazi polis orqanlarının rəisləri çıxış edərək görül­müş işlər, əldə olunmuş nəticələr, möv­cud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən təd­birlər barədə çıxış ediblər.

Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşı­ya qoyulan tapşırıqların cari ilin birin­ci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mü­barizədə, qanunçuluğun və hüquq qay­dasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti və­zifələri böyük əzmlə yerinə yetirdiyini diqqətə çatdırıb.

Vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyevin müəyyən­ləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməl­lər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. 

O, cinayətkarlıqla mübarizədə, xü­susən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb olunmaları işinin daha da gücləndirilməsi üçün əməliyyat-tex­niki tədbirlərin dairəsinin genişləndi­rilməsinin vacibliyini diqqətə çatdırıb. Bu sahədə təbliğat işinin effektivliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materi­allarının hazırlanaraq ölkə əhalisinə çatdırılması istiqamətində əlavə tədbir­lərin görülməsi, hər bir ərazi polis orqa­nında cinayət xarakterli müraciətlərin həssaslıqla araşdırılması, fiziki şəxs­lərin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması işinə yeni yanaşmaların tətbiqi, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində mütərəqqi beynəlxalq təcrü­bə əsasında əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi mü­hüm məsələlərlə bağlı daxili işlər naziri konkret tapşırıqlar verib. 

XQ

Son xəbərlər