Kamran Əliyev BPA-nın iclasında

post-img

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdə olub.

Beynəlxalq Prokurorlar Assosiasi­yasının İcraiyyə Komitəsinin 57-ci icla­sında çıxış edən Kamran Əliyev ölkə­mizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələ­rinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənil­məsi ilə bağlı tövsiyələr, Assosiasiya­nın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb.

Keçirilmiş səsvermə nəticəsində Baş prokuror Kamran Əliyev yekdillik­lə Assosiasiyanın növbəti səlahiyyət müddətinə vitse-prezidenti seçilib.

İclasda həmçinin cari ilin 29 sent­yabr - 2 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Assosiasiyanın İllik Konf­ransı və Ümumi Yığıncağı ilə bağlı təş­kilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Çi­nin Honq Konq Xüsusi İnzibati Bölgə­sinin Korrupsiyaya Qarşı Müstəqil Ko­missiyasının (ICAC) rəhbəri Vu Denni ilə görüşüb.

Nümayəndə heyətini salamlayan Komissar Azərbaycanın hüquq mü­hafizə orqanları ilə, xüsusilə Baş Pro­kurorluqla münasibətlərə önəm ver­diyini bildirərək, qarşılıqlı əlaqələrin genişlənməsinin perspektivlərindən da­nışıb, uzumüddətli institusional əmək­daşlığın təsis edilməsinin zəruriliyini vurğulayıb.

Baş prokuror Komissiyanın korrup­siya ilə mübarizədə uğurlu fəaliyyəti­ni yüksək qiymətləndirərək, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlərin və təlimlərin təşkil edilməsi məqsədilə qurumlar arasında işbirliyinin vacibliyini qeyd edib.

Baş prokurorun rəhbərlik etdiyi nü­mayəndə heyətinin Çinə işgüzar səfəri başa çatıb.

XQ

Son xəbərlər