Türkiyədə zəlzələ: dağıntı və xəsarət var

post-img

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.

Bu barədə yerli mediaya Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Tokatda bir ev və iki məscidin minarələri dağılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər çəkib.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.

XQ

 

Son xəbərlər