Ağcabədidə batan şəxsin cəsədi Zərdabda tapılıb

post-img

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti çayın Zərdab rayonu, Pərvanlı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 6 km uzaqlıqda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb. 

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin məlumatına görə, batmış şəxsin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirliyin qüvvələri tərəfindən onunla birlikdə batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər