Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.
Xatırladırıq ki, bu il komissiya 700-dən çox müraciətə baxacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri və s. bağlı müraciətlərə baxılacaq.
Qeyd edək ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.
XQ