İrakli Kobaxidze: Qanunun qəbulundan imtina etməyəcəyik

post-img

“Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi respublikanın ukraynalaşmasına qarşı yönəlib”. Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransı zamanı səsləndirib. 

Hökumət başçısı bildirib ki, əgər QHT-lər 2020–2022-ci illərdə inqilab yolu ilə hakimiyyəti dəyişməyə nail ol­saydılar, bu gün Gürcüstan Ukrayna­dan da pis vəziyyətdə olardı. 

“Amerikalı və avropalıların bəya­natlarında sıfır arqumentasiya gördük: Arqumentsiz bəyanatlar qərarımıza ye­nidən baxılması üçün əsas ola bilməz. Parlament ekspertizası bir daha təs­diqlədi ki, layihənin əleyhdarlarının qa­nun layihəsinə qarşı heç bir arqumenti yoxdur. Əslində, qanun Avropanındır, çünki əsas Avropa dəyərlərindən birinə, yəni şəffaflıq və hesabatlılığa əsaslanır. Həmçinin Avropa qanunu ilə yanaşı, dövlətçiliyimizin əsas prinsipini - Gür­cüstanın milli suverenliyini qoruduğuna əsaslanaraq bu qanun layihəsi önəmli­dir," – deyə İrakli Kobaxidze vurğulayıb. 

XQ

Son xəbərlər