Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyev ilə görüşüb.
Görüşdə Asəf Hacıyev təşkilat haqqında ətraflı məlumat verib, müxtəlif sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verildiyini vurğulayıb.
Anar İbrahimov bu il muxtariyyətin 100 illiyinin qeyd edildiyini, eyni zamanda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayıb.
XQ