Qanunsuz saxlanılan silah-sursatlar götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. 
Aprelin 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 848 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər də davam etdirilib. Aprelin 16-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər