Ermənistanın baş naziri Azərbaycanla sərhəd bölgəsinə yenidən səfər edib

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ilə sərhəd zonasına – Tavuş vilayətinin Voskepar kəndinə n səfər edib. Bu, Paşinyanın cari ildə Tavuşa ikinci səfəridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyan yenidən kənd camaatı ilə görüşəcək.

Qeyd edək ki, əvvəlki görüşdə qalmaqal yaranıb. Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi məsələsi müzakirə olunarkən kənd sakinləri öz narazılıqlarını bildiriblər. Paşinyan isə deyib ki, bu kəndlər geri qaytarılmalıdır, əks-halda müharibə başlayacaq.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri 

Tbilisi

Siyasət